Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə baş tutacaq Akkuyu AES-in açılışı təxirə salınıb. 

"Unikal" xəbər verir ki, mərasimin təxirə salınmasına səbəb Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xəstələnməsi olub. 

"Video bağlantı vasitəsilə əlaqə bir neçə saat təxirə salınıb", - deyə məlumatda qeyd olunub. 

Qeyd edək ki, prezidentlər mərasimdə videobağlantı vasitəsilə iştirak edəcəklər. 

Ağarza Elçinoğlu