Cənubi Koreya prezidenti Yoon Suk Yeolun Ağ Evdə şam yeməyində mahnı oxuyub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda rəsmi səfərdə olan Yoon Ağ Evdə şərəfinə verilən şam yeməyində Don McClean'ın klassik mahnısı "American Pie"ni səsləndirib. 

Mahnının ilk misrasını gözlənilməz bir performansla ifa edən Yoon məktəbdə oxuyarkən ən çox sevdiyi mahnılardan biri "American Pie" olduğunu bildirib.

Yoon təxminən 1 dəqiqə pianonun müşayiəti ilə mahnını zümzümə edib. Zaldakı insanlar Yoonun gözlənilməz çıxışını ayaqda alqışlayıb.

Həmkarının ifasından təəccübləndiyini gizlətməyən Bayden Yoona “Sənin oxuya biləcəyini bilmirdim” deyib.  

Naharın sonunda Bayden qonaq prezidentə  Don McClean'ın imzası olan akustik gitara hədiyyə edib.

Gülayə Mecid