BQXK Sudanın paytaxtı Xartumdakı ofisindən işçilərini evakuasiya etmək qərarına gəlib .

"Unikal" xəbər verir ki, bu barədə BQXK-nın informasiya direktoru Al Arabiya-ya bildirib.

"Paytaxtda işi davam etdirmək çətinləşdi və biz Xartumdan çıxmaq və təcili humanitar yardım göstərmək üçün əlimizdən gələni etmək qərarına gəldik" deyə o, bildirib.

Bundan əvvəl bildirilmişdi ki, Sudanda münaqişə tərəfləri Afrika İttifaqının təşəbbüsü ilə atəşkəsə razılaşıblar .

Aprelin 15-i səhər saatlarında ölkənin faktiki lideri, ordu komandanı Əbdülfəttah əl-Burhanın rəhbərlik etdiyi Sudan Silahlı Qüvvələri ilə Çevik Reaksiya Qüvvələrinin komandanı Məhəmməd Həmdan Daqalo arasında qarşıdurma açıq fazaya keçib. .