İran Marşal adaları bayraqlı neft tankerini ələ keçirdiyini təsdiqləyib.

"Unikal" xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinin bəyanatında, ələ keçirilən gəminin ötən gecə Fars körfəzində İran gəmisi ilə toqquşduğu, qəza nəticəsində iranlı ekipajdan ikisinin itdiyi, bəzilərinin isə yaralandığı bildirilib.

Verilən məlumata görə, gəmi sonradan Hərbi Dəniz Qüvvələri tərəfindən Ərəbistan dənizində aşkar edilib.

Marşal adaları bayraqlı gəminin "beynəlxalq dəniz qaydalarını pozduğu əsası ilə" məhkəmə qərarı ilə ələ keçirilərək İran sahillərinə çəkildiyi bildirilib.

ABŞ Hərbi Dəniz Qüvvələri, Marşal adaları bayrağı altında "Advantage Sweet" adlı neft tankerinin Oman körfəzində beynəlxalq sularda seyr edərkən İran İnqilab Keşikçiləri tərəfindən ələ keçirildiyini açıqlayıb.