“Gələn il nüvə enerjisindən elektrik enerjisi istehsal etməyə başlayacağıq”.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz Akkuyu atom elektrik stansiyasının açılış mərasimində bəyan edib.

Onun sözlərinə görə, dörd reaktorun tikintisi eyni vaxtda davam edir.

“Bu gün biz nüvə enerjisində daha bir məhək daşını geridə qoyuruq. Akkuyu artıq nüvə obyekti statusunu qazanır. Nüvə enerjisi artıq Türkiyə üçün uzaq hədəf deyil”, - deyə o vurğulayıb.

“Akkuyu AES Türkiyə üçün elektrik stansiyasından daha böyük məna daşıyır. Bu yer həm də Türkiyənin gələcəkdə quracağı nüvə enerji sənayesi üçün ilham mənbəyi olacaq”, - deyə Fatih Dönməz sözlərini yekunlaşdırıb.