Xəbər verdiyimiz kimi Türkiyənin İzmir şəhərinin Narlıdere rayonunda yerləşən bir yaşayış kompleksində güclü yanğın baş verib.

"Unikal" xəbər verir ki, binada məşhur türk ulduzu İbrahim Tatlısəsin də mənzili olduğu məlum olub.  

O, açıqlamasında "Folkartda" yaşayan bütün qonşularına keçmiş olsun arzularını çatdırıb.

"İki gün önce İzmirə gəlmək istəyirdim. Təyyarələrdə yer olmadı deyə gələ bilmədim. Hər kəsə keçmiş olsun. İnşallah can itkisi olmaz. Gələn mala gəlsin" - deyə sənətçi bildirib.

oo:30

İzmirin Narlıdere rayonunda yerləşən bir yaşayış kompleksində güclü yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib. Yanğının səbəbi müəyyən edilir.

Narlıdere Böyekşəhər bələdiyyəsi sədri Ali Engin “NTV“ kanalına açıqlamasında kompleksin 30-35 mənzildən ibarət olduğunu və hazırda sakinlər arasında həyatını itirənlərin olmadığını bildirib.