Türkiyə vətəndaşları daxili münaqişələr səbəbindən Sudandan təxliyə edilir. 

"Unikal" xəbər verir ki, bu gecə Sudanın Port Sudan şəhərindən daha 170 Türkiyə vətəndaşı hərbi yük təyyarəsi ilə İstanbul Hava Limanına gətirilib.

Məlumata görə, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında davam edən qarşıdurma səbəbindən vətənlərinə qayıtmaq istəyən Türkiyə vətəndaşlarının təxliyyəsi istiqamətində işlər davam edir.

Ağarza Elçinoğlu