ABŞ-ın keçmiş prezidenti Donald Tramp Co Baydeni təqlid edib. 

"Unikal" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında Baydendən bəhs edərkən onun "ağzını əyib". 

“Mən prezidentliyə namizədliyimi irəli sürürəm... Nə? Hara? Mən hara gedirəm? Mən çıxmaq istəyirəm”, - deyə Tramp bildirib. 

Qeyd edək ki,  80 yaşlı Amerika lideri Co Bayden 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə namizədliyini rəsmən irəli sürüb.