İstanbulun Silivri bölgəsində Cümhuriyyət Xalq Partiyasının (CHP) seçki maşını yanıb. 

"Unikal" xəbər verir ki, park halında olan təbliğat maşını gecə saatlarda alovlanıb. 

Hadisə yerinə yanğınsöndürənlər və çox sayda polis qrupu cəlb olunub. 

Polis maşının yandırılma ehtimalına görə araşdırma aparır.

Ağarza Elçinoğlu