Danışıqlar Rusiyanın iştirakı ilə deyil, digər ölkələrin iştirakı ilə gedir, ona görə də prosesin gedişi ilə bağlı birbaşa iştirakçılardan soruşmaq lazımdır.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Azərbaycan və Ermənistan  XİN rəhbərlərinin Vaşinqtonda keçirilən görüşü barədə suala cavab verərkən deyib.

"Nəticələrə görə, müvafiq bəyanatlar verildikdə, tərəflərin hər biri özünü ifadə edəcək, təəssürat yaratmaq mümkün olacaq və ola bilsin, bu, bizə şərh vermək hüququ verəcək. Lakin bu, sonra olacaq", - deyə XİN rəsmisi açıqlayıb. 

Ağarza Elçinoğlu