Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanğınsöndürən təyyarələrin təhvil verilməsi mərasimində iştirak edib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident T-70 helikopterinə "NEFES" adını verib.

Məlumata əsasən, bir Sikorsky T70 tipli yanğınsöndürmə helikopteri, dörd Air Tractor model yanğınsöndürmə təyyarəsi və bir kəşfiyyat təyyarəsi Türkiyənin Meşə Təsərrüfatı Baş İdarəsinin donanmasına əlavə edilib.

Bundan əlavə, Rəcəb Tayyib Ərdoğan kəşfiyyat təyyarəsinə "OTAĞ" adını verib.