Türkiyə Müdafiə Nazirliyi taxıl sövdələşməsi ilə bağlı texniki danışıqların aparıldığını açıqlayıb. Onlar mayın 5-də İstanbulda keçiriləcək.

"Unikal" xəbər verir ki, bunu idarənin rəhbəri Hulusi Akar verib.

“BMT, Türkiyə, Rusiya və Ukraynanın texniki heyəti ilə görüşün təşkilinə ehtiyac var idi. Bundan sonra gələn həftə müdafiə nazirlərinin müavinləri səviyyəsində görüş keçiriləcək”, - Akar bildirib.

Mayın 3-də BMT-nin baş katibi Antonio Quterreş Qara dəniz sazişinin uzadılması ilə bağlı təkliflərinə Moskvanın cavabını gözlədiyini açıqlayıb. Kreml Rusiya tərəfinin sövdələşmənin bütün şərtlərini yerinə yetirəcəyini gözlədiyini bildirib.