Serbiyanın paytaxtı Belqrad yaxınlığındakı Mladenvaçda hərəkətdə olan avtomobildən avtomatik tüfəngdən atəş açması nəticəsində 8 nəfər ölüb, 13 nəfər yaralanıb.

"Unikal" xəbər verir  ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Daxili işlər naziri Bratislav Qasiç hadisəni “terror aktı” kimi qiymətləndirib.

Faktla bağlı araşdırma aparılır. 

Gülayə Mecid