Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Cənubi Afrika Respublikasına səfər edəcəyi təqdirdə onun həbs olunacağına əminliyini ifadə edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Xan bunu Kanada İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin iclasında iştirak edərkən deyib.

"Onlar (Cənubi afrikalılar – red.) öz öhdəliklərini çox yaxşı bilirlər, ona görə də əminəm ki, onlar doğru şeyi edəcəklər”, – Xan Putinin Cənubi Afrikada BCM-nin orderi əsasında həbs edilib-edilməyəcəyi sualına cavab verib.

Gülayə Mecid