ABŞ-da keçmiş donanma əsgəri Nyu-York metrosunda sərnişi boğaraq öldürüb. 

"Unikal" xəbər verir ki, hadisə anbaan kameralara əks olunub. Belə  ki,  24 yaşlı hərbçi ruhi xəstə olduğu bildirilən 30 yaşlı Cordan Nilini metroda boğub. Nili xəstəxanaya aparılsa da,  onun həyatını xilas etmək mümkün olmayıb. 

Polis tərəfindən saxlanılan keçmiş əsgər ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Qərara reaksiya verən çox sayda insan küçələrdə etiraz aksiyası təşkil edib.