Mayın 4-ü axşam saatlarında Kiyev səmasında vurulan pilotsuz təyyarənin Ukrayna silahlı qüvvələrinə məxsus “Bayraktar” olduğu məlum olub. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. 

"Təxminən saat 20:00-da Bayraktar TB2 pilotsuz uçuş aparatı Kiyev vilayətində planlaşdırılmış uçuş zamanı idarəetməni itirib. Dronun paytaxt səmasında nəzarətsiz qalması arzuolunmaz nəticələrə səbəb ola biləcəyi üçün mobil yanğınsöndürmə qruplarının ekipajlarından istifadə edilməsi qərara alınıb", - məlumatda deyilir.

Ukrayna Hərbi Hava Qüvvələri əlavə edib ki, ehtimal ki, texniki nasazlıq olub, bunun səbəbləri aydınlaşdırılır.

Pilotsuz təyyarənin parçalarının düşməsi nəticəsində ölən və yaralananların olmadığı bildirilir.

Gülayə Mecid