İranın Tehran vilayətində zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, 3.9 bal gücündə yeraltı təkanlar Tehran vilayətinin Malard şəhəri yaxınlığında 8 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ Tehran və Kərəc şəhərlərində də hiss olunub.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.