Rusiya ilə ABŞ arasında münasibətlər silahlı münaqişə astanasındadır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

Onun sözlərinə görə, Moskva silahlı münaqişənin qarşısını almaq üçün səy göstərir: "Moskva bunun baş verməməsi üçün çalışır. Biz çalışırıq ki, ABŞ ilə münasibətlər açıq silahlı münaqişənin uçurumuna düşməsin, biz artıq o uçurumun kənarındayıq".

Ryabkov əlavə edib ki, Moskva ilə Vaşinqton arasında təmaslar lazım gəldikdə, yüksək səviyyədə həyata keçirilir.

Ağarza Elçinoğlu