Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinə məktub yazıb. 

"Unikal" xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında bildirib. 

Kadırov Rusiya liderindən çeçen xüsusi təyinatlı "Axmat" bölmələrinin Baxmuta köçürülməsi barədə göstəriş verməsini xahiş edib.

"Mən Rusiya Federasiyasının Ali Baş Komandanı Putinə Axmat bölmələrinin Artemovsk şəhərinə yenidən yerləşdirilməsi barədə göstəriş vermək xahişi ilə məktub yazdım", - deyə Kadırov açıqlayıb. 

Kadırov qeyd edib ki, məktub artıq dövlət başçısına göndərilib. 

Onu da deyə ki, hazırda Baxmutda döyüşən "Vaqner" hərbi qrupunun rəhbəri Yevgeni Priqojin 10 maya qədər şəhərdə qalacaqlarını, sonra isə geri çəkiləcəklərini bildirmişdi. 

Ağarza Elçinoğlu