"Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir".

"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

"Görəsən, Azərbaycandan nə istəyirlər?" Biz Qarabağın işğaldan azad edilməsində Azərbaycana dəstək verəndə Türkiyədəki bəzi dairələr buna təəssüfləndilər", - Çavuşoğlu ölkə müxalifətinə səslənib. 

O, əlavə edib ki, Türkiyə bu gün regional və qlobal siyasi faktordur: "Ukraynada müharibəni mümkün qədər tez bitirmək istəyən yeganə ölkə Türkiyədir". 

Ağarza Elçinoğlu