ABŞ-də yaşayış binasının üzərinə meteorit düşüb.

"Unikal" CBC kanalına istinadla bildirir ki, hadisə Nyu Cersi ştatının Hopvell şəhərində baş verib. 

Şəhər hakimiyyəti qeyd edib ki, meteoritin ölçüsü təqribən 10x15 santimetrdir. 

Daş binanın damını zədələyərək evlərdən birinin yataq otağına düşüb. 

Franklin İnstitutunun aparıcı astronomu Derrik Pitts qeyd edib ki, meteoritin 4-5 milyard il yaşı ola bilər.

Ağarza Elçinoğlu