Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Silahlı Qüvvələrinin mayın 9-da Moskvaya hücum etməyi planlaşdırdığına dair xəbərləri təkzib edib.

"Unikal" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib. 

"Bizim hüquq-mühafizə orqanlarından bununla bağlı heç bir mesaj olmayıb", - Kreml sözçüsü bildirib.

Bundan əvvəl rus teleqram kanallarında Ukrayna Silahlı Qüvvələrinin mayın 9-da bir neçə pilotsuz uçan aparatla Moskvaya hücum etməyə cəhd etdiyi barədə məlumatlar yayılıb.

Gülayə Mecid