Türkiyənin Yüksək Seçki Şurası (YSK) prezident seçkilərinin ikinci turunda beş ölkədə səsvermə müddəti uzadılıb. Belə ki, səsvermə prosesinin mayın 20-24-də ABŞ, Kanada, Avstraliya, İrlandiya və İngiltərədə keçirilməsinə qərar verib.

"Unikal" xəbər verir ki,əvvəl iki günə endirilən səsvermə prosesi yenidən beş günə qaldırılıb.

YSK ABŞ, Kanada, Avstraliya, İrlandiya və İngiltərədə səsvermə müddətinin uzadılmasına, bu ölkələrdə isə 20-24 may tarixlərində səsvermənin keçirilməsinə qərar verib.

Bu ölkələrdə səsvermə müddəti mayın 20-21-i elan edilib.

CHP, müddətin iki gündən beş günə uzadılması üçün YSK-ya müraciət edib.

Qərardan sonra Türkiyə vətəndaşları 5 gün ərzində seçkinin ikinci turuna səs verə biləcəklər.