Krımda Zaporojye vilayətinin baş nazirinin müavini Vladimir Epifanovun olduğu avtomobil partlayıb.

"Unikal" xəbər verir  ki, bu barədə "Baza Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, Epifanov, həmçinin katibi və mühafizəçisi ağır yanıq xəsarətləri alıb. Avtomobil səhər saat 04:00 radələrində Evpatoriya şossesində partlayıb.

“Zaporojye vilayətinin baş nazirinin iqtisadi inkişaf üzrə müavini və eyni zamanda “Vahid Rusiya”dan deputatlığa namizəd olan Vladimir Epifanov “Land Cruiser” markalı avtomobili idarə edərkən avtomobildə quraşdırılmış qaz balonu qəfildən partlayıb”, - məlumatda deyilir.

Gülayə Mecid