Hindistanın şimalında şiddətli istilər səbəbindən həyatını itirənlərin sayı 166 nəfərə çatıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, qızmar hava Uttar Pradeş ştatında 119, Bihar ştatında isə 47 nəfərin ölümünə səbəb olub.

Uttar Pradeş ştatının Ballia şəhərində xəstəxana dolduğundan istinin təsirinə məruz qalan xəstələrin qəbulu dayandırılıb, morqda yer çatışmadığı üçün ölənlərin yaxınları cəsədləri evlərinə aparmalı olub.

***12:41

Hindistanda son iki gündə qeydə alınan anomal istilər 98 nəfərin həyatına son qoyub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Uttar Pradeşin şimalında və şərqdəki Bihar əyalətində baş verən ölümlərdən sonra 60 yaşdan yuxarı insanlara evdən çıxmamaq barədə xəbərdarlıq edilib.

Vəziyyətin ciddiliyi ilə əlaqədar tibb işçilərinin icazələri ləğv edilib və xəstəxanalara əlavə çarpayılar göndərilib. 

Bazar günü bölgədə havanın temperaturu 45 dərəcəyə çatıb. 

Ağarza Elçinoğlu