Araz çayı radioaktiv maddələr və ağır metallarla çirkləndirilir. 

"Unikal" xəbər verir ki, bu barədə "Payam Şama" qəzeti məlumat dərc edib. 

Məlumata görə, çirklənmənin əsas mənbəyi Ermənistandakı Metsamor atom elektrik stansiyasıdır: "Bu çirklənmə İranda Araz sahillərinin marjinal sakinləri arasında xəstəlik və xərçəngin, xüsusən də mədə xərçənginin artmasına səbəb olub".

Qeyd edək ki, Sərhəd Tədqiqatları Araşdırma Jurnalı ötən il çirklənmənin Azərbaycana da təsir etdiyini açıqlamışdı: "Azərbaycanın sərhədyanı ərazilərində yaşayanlarda ardıc suyunun çirklənməsi nəticəsində qida borusu, mədə və dəri xərçənglərinin şiddəti, eləcə də qaraciyər xəstəlikləri çox artıb".

Ağarza Elçinoğlu