Güney Azərbaycanın Xoy şəhərində 4.1 böyüklüyündə zəlzələ olub.

"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, yeraltı təkan yerli vaxtda 13:15 radələrində, 7 km dərinlikdə baş tutub.

Zəlzələ Türkiyənin Van bölgəsində də hiss olunub.