Türkiyənin İzmir şəhərində qandonduran hadisə  baş verib. 

"Unikal" xəbər verir ki, Türkmənistan vətəndaşları Gülkəmər Xanımova və qızları Leyla Geldiazova, Laçın Geldiazova və  Ruslan Kərimovun İzmirdə evlərin birində soyuducuda və  dondurucuda hissələrə ayrılmış meyitləri tapılıb.

Gülkəmər və övladlarından xəbər ala bilməyən yaxınları  polisə müraciət edib. Qısa zamanda polis onların yerini müəyyən edib. Məlum olub ki, xəstə baxıcısı və ya dayə olan Xanımova qızları ilə həftənin 1 günü bu evdə qalıb işləyirmişlər.  Evə baxış keçirən hüquq-mühafizə orqanları ana və uşaqların hissələrə ayrılmış cəsədlərini soyuducuda və dondurucuda tapıb.  

Ev nəzarətə götürülüb. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.  

Digər tərəfdən, bir neçə gün əvvəl naməlum şəxs ərazidəki mağaza sahiblərindən dərin dondurucu alıb.  Polis həmin şəxsin axtarışına başlayıb. 

Gülayə Mecid