Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Belarusa gedib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi açıqlayıb. 

Məlumata görə, Mirzoyan iyunun 19-20-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Minskdə olacaq. 

Ağarza Elçinoğlu