Almaniya kansleri Olaf Şolts Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin uzun müddət davam edə biləcəyini istisna etməyib.

"Unikal" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, uzunmüddətli müharibəyə hazırlıq gedir.

“Biz buna hazırlaşırıq və siyasətimizi buna əsaslanaraq düzəldirik”, - o deyib və  Almaniyanın lazım olduğu müddətdə Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.