“Fulhem”in müdafiəçisi İssa Diop həyat yoldaşını hədələməkdə ittiham olunaraq həbs edilib.

"Unikal" xəbər verir ki, məlumata görə, Diop boşanmaq prosesində olduğu həyat yoldaşını ölümlə hədələməkdə şübhəli bilinir.

Bildirilir ki, boşanma prosesi gərgin atmosferdə keçir - Diop həyat yoldaşının tələb etdiyi böyük məbləğdə təzminatı ödəmək istəmir. Futbolçu həyat yoldaşını ondan həmişəlik qurtulacağı ilə hədələyib. Bununla bağlı qadın polisə müraciət edib.

“Fulhem”in müdafiəçisi Tuluzada saxlanılıb.
Hazırda Diop şəhərin mərkəzi polis idarəsində həbsdədir. Futbolçu zarafat etdiyini bildirsə də, bəzi təhdid faktlarını etiraf edib.