ABŞ-da keçirilən hərracda açılmamış 4 GB-lıq “iPhone” 190 372 dollara satılıb. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, məhdud sayda buraxılan telefon "iPhone” kolleksiyaçıları üçün nadir qurğulardan sayılır.

“LCG Auctions” hərrac firması tərəfindən keçirilən hərracda bu “iPhone”un alınması üçün 28 ərizə təqdim edilib və o, ilkin dəyərindən təxminən 400 dəfə baha qiymətə alınıb. 

Nuranə Abbasova