20 yaşlı amerikalı əsgər könüllü olaraq Şimali Koreya sərhədini keçib.

“Unikal” xarici mediaya istinadən xəbər veir ki, o, sərhəddə hərbçilər tərəfindən saxlanılıb. ABŞ əsgərinin intizam pozuntularına görə sorğu-sualdan yayınmaq üçün Şimali Koreyaya qaçdığı güman edilir.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin açıqlamasında əsgərin yaxşı olub-olmamasından narahatlığını bildirib.

20 yaşlı hərbçinin Travis Kinq olduğu deyilir. O, vaxtilə Cənubi Koreyada həbsxanada olub, eyni zamanda ABŞ ordusunda da intizam pozuntularına yol verib. 

Amerika rəsmilərinin dediyinə görə, Kinq sorğu-sual üçün Texas ştatının Fort Bliss şəhərinə göndərilməli idi.

Hazırda Amerika problemi həll etmək üçün Şimali Koreya ordusu ilə əlaqə saxlayır. 

Nuranə Abbasova