2 aydır Sakit okeanda qalan avstraliyalı balıqçı Tim Şaddok xilas edilib.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, iti Bella ilə birlikdə apreldə Meksikadan Fransa Polineziyasına yola düşən Şaddokun qayığı mayda fırtına səbəbindən zədələnib.

2 ay boyunca axıntı ilə üzən balıqçı bu müddətdə çiy balıq və yağış suları ilə sağ qalmağı bacarıb.

Qurunu sonuncu dəfə may ayında gördüyünü bildirən Şaddok onu xilas edən balıqçı şirkətinə təşəkkürünü bildirib. 

Nuranə Abbasova