Şahzadə Harri və Meqan Markl “Spotify” ilə müqavilələrini itirdikdən sonra müxtəlif qitələrə səyahət ediblər.

“Unikal” xəbər verir ki, bu barədə “Express” cütlüyə yaxın mənbəyə istinadən məlumat yayıb.

Şahzadə ilə xanımının maliyyə vəziyyəti ilə bağlı çətinliklər yaşadıqları deyilir. Bildirilir ki, cütlük Kaliforniyada dəbdəbəli həyat tərzini, o cümlədən 14 milyon dollarlıq malikanədə yaşamaq üçün və böyük təhlükəsizlik xərclərini maliyyələşdirə bilmir.

Bu səbəbdən onlar müvəqqəti olaraq ayrılmaq və problemləri aradan qaldırmaq üçün ayrı-ayrı qitələrə səyahət etmək barədə qərar qəbul ediblər.

Nuranə Abbasova