Hindistanda Qanq çayını qorumaq üçün qurulan kanalizasiya sisteminə qoşulan təmizləyici qurğunun transformatoru partlayıb. 

"Unikal" xəbər verir ki, qəza nəticəsində 15 nəfər ölüb, 6 nəfər yaralanıb.

Bildirilib ki, ölənlərdən 1-i polis və 5 nəfər daxili təhlükəsizlik işçisi olub. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ağarza Elçinoğlu