Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin silahlı qüvvələrinin yeni uzunmənzilli silah partiyasının çatdırılmasını gözlədiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, Ukrayna lideri bu barədə Aspen Təhlükəsizlik Forumu zamanı deyib. 

"Ümid edirəm ki, Vaşinqton bu istiqamətdə çalışacaq və müdafiə dəstəyi ilə problemi həll edəcək. Hazırda Rusiyanın səmada üstünlüyü var, Kiyevdə isə müasir hərbi təyyarələr yoxdur. Ukraynanın məqsədi bütün Krımı qaytarmaqdır, çünki bu, ölkəmizin suveren ərazisidir", - deyə Zelenski qeyd edib.  

Ağarza Elçinoğlu