Rusiya Dövlət Dumasının deputatı Aleksandr Boroday Ukraynadakı müharibənin davam etdiyi bölgələrdən birində atəşə tutulub. 

"Unikal" xəbər verir ki, bu barədə rus deputatın rəhbərlik etdiyi Donbass Könüllüləri İttifaqı məlumat yayıb. 

"Dünən Donbass Könüllüləri İttifaqının Georgiyevski briqadasının komandiri, Dövlət Dumasının deputatı batalyonlardan birinin irəli mövqelərini tərk edərkən avtomobili atəşə tutulub. Briqada komandiri xəsarət almayıb, briqada qərargahının iki zabiti yaralanıb", - deyə məlumatda qeyd olunub. 

Ağarza Elçinoğlu