Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samux rayonunun Burunqovağ kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-nin Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Samux rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində qamışlıq sahədə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 ha sahədə qamışlıq yanıb, ətraf ərazilər yanğından mühafizə olunub.