Siyəzəndə məktəbdə işləyən kişinin meyiti tapılıb.

"Unikal"ın məlumatına görə, hadisə Siyəzən Peşə Məktəbində baş verib.

Belə ki, Siyəzən Peşə məktəbində mühafizəçi işləyən 1965-ci il təvəllüdlü Qafarov Alim Mütəllim oğlunun meyiti iş yerində aşkarlanıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca