"Abzas Media" saytının əməkdaşı Nərgiz Absalamovanın həbs müddəti üç ay uzadılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Xətai  Rayon Məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, jurnalist ötən ilin dekabr ayının 1-də qaçaqmalçılıqda ittiham olunaraq barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. 

Xatırladaq ki, sözügedən saytın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və direktor müavini Məhəmməd Kekalov eyni ittihamla həbs ediliblər.