Gəncədə yeni tikilən İdman Sarayında tüstülənmə olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınıb.

Tüstülənmə zamanı bir nəfər zəhərlənib. 

Tural Əhmədov