Mingəçevirdə bədbəxt hadisə baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Rəsul Rza küçəsi 18 ünvanında baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Cəfərov Elçin Nüsrəddin oğlu yaşayış binasının 5-ci mərtəbəsindən yıxılıb.  Ağır bədən xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov