Zaqatalada ev yanıb.

"Unikal" xəbər verir ki, yanğın rayonun Aşağı Tala kəndində, kənd sakini Kənan Hacıməhəmməd oğlu Rəcəbova məxsus, ümumi sahəsi 100 kvadratmetr olan kürsülü birmərtəbəli dördotaqdan ibarət fərdi yaşayış evində baş verib. Yanğın yerinə Zaqatala Yanğından Mühafizə Hissəsinin texnikaları cəlb olunub.Yanğın zamanı yaşayış evinin 40 kvadratmetr sahəsi yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

 Seymur Əli