Mal tövləsində yanğın olub.

"Unikal" xəbər verir ki, yanğın Oğuz rayon Bayan kəndində,kənd sakini, 1960-cı il təvəllüdlü Həsrətov Yaşar Yusif  oğluna məxsus mal tövləsində baş verib.

Hadisə yerinə Oğuz rayon YMH-nin yanğınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 260 k/m olan mal tövləsinin yanar konstruksiyaları, tövlənin damına yığılmış 14 ton ot bağlamsı və tövlədə  olan 35 baş iribuynuzlu heyvandan 34 başı yanaraq tələf olub.

Seymur Əli