Bakı-Quba avtomobil yolunda qəza baş verib.

"Unikal"ın məlumatına görə, Şabran rayonu Taxtakörpü ərazisindən keçən hissəsində Rus dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. 

Nəticədə qonaq gələn Rusiya vətəndaşları: 1961-ci il təvəllüdlü Mustafayeva Fetima Sultanova, 1980 - cı il təvəllüdlü Mustafayev Memet Qasım oğlu və 1998- cı il təvəllüdlü Mustafayev İgramedin Zakireviç müxtəlif dərəcəli xəsarətlər alıblar. 

Yaralılar təcili tibbi yardım briqadalarının köməyilə xəstəxanaya aparılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Xanlar Qaraca