Qubanın Talabiqışlaq kəndində yaşayış evində partlayış olub.

"Unikal"ın məlumatına görə, Quba rayonu Talabıqışlaq kəndində fərdi yaşayış evində partlayış qeydə alınıb. Nəticədə rayon sakinləri 1990-cı il təvəllüdlü Humay Əliyeva və onun qızı 2009-cu il təvəllüdlü Şükran Atayeva yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Yaralilar - Ş. Atayevaya üzün, döş qəfəsinin ön səthinin, kürəyinin, hər iki əlinin 1-2 dərəcəli yanığı, H. Əliyevaya isə əllərin yanığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca