Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlindəki görüşü üçtərəfli formatda davam edir.

"Unikal" xəbər verir ki, bu gün Berlində danışıqlardan sonra Ermənistan XİN rəhbəri Ararat Mirzoyan, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Almaniya XİN rəhbəri Annalena Berbok arasında üçtərəfli görüş davam edir.

***

13:28

Berlində Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyətlərinin görüşü başlayıb. 

"Unikal" xəbər verir ki, görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində keçirilir.

Gülayə Mecid