Amerikalı rejissor, ssenarist və aktyor Den Uilkoks vəfat edib.

"Unikal" xəbər verir ki, 83 yaşlı rejissor Los-Ancelesdəki tibb mərkəzində dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, "Emmi" mükafatı laureatı olan Den Uilkoks "Sezam küçələri", "Polis akademiyası", "Qətli o yazdı", "Diaqnoz: Cinayət", "Lois və Klark: Supermenin yeni macəraları", "Nyuhart" kimi məşhur serialların müəllifidir.