Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" səhifəsində paylaşım edib.

Görüşdə dostluq, qardaşlıq və həmrəyliyə əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub.